Cəmiyyətdə yaşayaraq cəmiyyətdən azad olmaq mümkün deyil. “Cəmiyyət nədir?” sualının təhlilini bu mövzu ilə maraqlananlar üçün təxirə salaraq bu gün aktual olanın dərkinə kömək edəcək nüansa – ictimai şüurun necə formalaşmasına toxunmağımız daha ağlabatan olar. Cavabsa bir cümlə ilə ifadə ediləcək qədər bəsit formaya, lakin dərki üçün çətinlik yaşaya biləcəyimiz məzmuna malikdir: ictimai şüuru ictimai... Continue Reading →
Karantin Azərbaycan siyasi reallığının qanqrenası kimi və ya əsl müqəssir axtarışı
Karantinin yenidən və daha bir ay müddətinə artırılması xəbərləri ictimailəşdirildikdən sonra müqəssir axtarışı hələ də davam edən cəmiyyət cavab qismində çinliləri təqdim etməyə daha çox üstünlük verir. Sanki koronavirusun ilk yayıldığı şəhər – Uhanda insanlar Azərbaycanda biz istədiyimiz kimi yaşaya bilmirik deyə kədərlənib qəm dəryasına batmalı və hər şey ürəyimizcə olana qədər istənilən formada həyat... Continue Reading →
Belarus teatrı və ya kapitalist kolliziyallar oyunu
Lukaşenko postsovet məkanının adət-ənənələrinə sadiq qalmaqla gözlənildiyi kimi prezident seçkilərində qalib gəlir. Yalnız nəticəni deyil, prosesi və onunmahiyyətini analiz etməyə çalışdıqda hər şey daha mürəkkəb olduğu ortaya çıxır. Təbii olaraq nəticələr kapitalın müxtəlif qruplarını qane etmədikdə millətlər təlqin və propaqanda vasitəsilə sinfi simasını itirmiş insanlara çevrilib narazı olan kapital qrupunun maraqlı naminə küçələrə çıxırlar. Heç... Continue Reading →
“TikTok” döyüşləri və ya imperializmin idbar təbiəti
Azad dünyanın sütunu, insan hüquqların alınmaz qalası - ABŞ-da prezident Tramp "TikTok"u bağlamaq qərarına gəlib, çünki şəbəkə əsasən Çin biznesinə aiddir. Beləliklə, "Broadway" yelləncəklərinin Vaşinqton şousu başladı. Amerika siyasətçilərinin beynəlxalq aləmdəki davranışları, davranışsızlıqları, inadkar uşaqların qəzəbli və axmaq davranışları ilə, yəni təcili olaraq kəmərlə qapadılmalı olanlarla eynidir. Nisbətən bu yaxınlarda Tramp qəfildən kiçik Danimarkadan böyük... Continue Reading →
“Freyd” və ya idbarlığın tərənnümü
"Freyd" - idbar burjua miflərinin propaqandası və ya Freydin təhrif edilməklə təhqiri. Ümumiyyətlə, əgər bu cəfəngiyata hələ baxmamısınızsa, xüsusi nə isə qaçırmamısınız. Serialda gənc Ziqmund sirli qanlı cinayətlərin araşdırılmasına kömək edir. Vizual cəhətdən serial yaxşıdır, süjet isə bəsit və mənasızdır. Qətllərin arxasında Avstriya-Macarıstan elitası arasında terror oyadan inqilabçılar dayanır, onların əsas məqsədi imperatoru öldürməkdir. Dəhşətli... Continue Reading →
İncəsənət, zaman, obyektivlik və Hegel
İncəsənət, şübhəsiz ki, zamanla bağlıdır və bu əlaqənin müvəqqətiliyi çox özünəməxsusdur: tarixdən (əsasən keçmişi dərk etməyə yönəlmiş) və ya dindən (son olaraq əbədiyyətə yönəldilmiş) fərqli olaraq, incəsənət bir qayda olaraq bu gündən danışır, eyni zamanda incəsənət nümunəsi həm gələcəyi düşünməyə, həm ruhun inkişaf perspektivinə işarə edərək, keçmişi konseptual şəkildə tərtib etməyə, keçmiş hadisələr haqqında bilikləri... Continue Reading →
Rasizm, yoxsa kapitalizm?!
"Almaniyada kəndli müharibəsi" - Fridrix Engelsin bu əsəri yazmasından bəri dəyişən çox az şey var: bütün ictimai narazılıqların əsasında iqtisadi və deməli, sinfi səbəblər dayanır. Əvvəlcə ABŞ, ardınca dünyanın bütün böyük KİV-ləri Corc Floydun ölümündən sonra baş verən etiraz və iğtişaşları irqçilik kimi təqdim etməyə çalışırlar. Amma sizinlə biz bilirik ki, məsələ heç də dərinin... Continue Reading →
Kiberpank kapitalizm reallığının ifadəsi kimi
Ölkə ədəbiyyatı müstəvisində gənc yazarların böyük əksəriyyəti bütün riyakarlıqları ilə baş verənlərə gözlərini yumub əsasən qadın corabları, tualet kağızları, ya da kiminsə Polad Ələmdara çevilmək cəhdlərini aktuallaşdırmağa çalışarkən dünya ədəbiyyatında yeni motiv və janrlarla ictimai mövcudluğu əks etdirməyə dair cəhdlər artır. Kiberpank və onun bilavasitə konteksti - kiberpankın ədəbi ifadəsi olduğu postmodernizm bu cəhdlərdən biridir.... Continue Reading →
Nəyə ümid edə bilərik?
Koronavirusdan sonra hər şeyin yenidən əvvəlki kimi olacağını düşünənlər onu əsas virus - kapitalizmlə sintez edə bilmədikləri üçün özlərini həqiqəti görməkdən məhrum edirlər. Lokdaundan ən çox zərər görmüş sektorlarda kütləvi ixtisarlar ABŞ iqtisadiyyatında sürətli canlanma ehtimalını istisna edir. Nyu-York Universiteti və Stouni-Bruk Universitetinin iqtisadçıları apardıqları tədqiqatın nəticəsi kimi belə qənaətə gəliblər. Qısa müddətdə bərpa yalnız... Continue Reading →
Faşizm günü və ya türkçülüyün tarixi bizə nə öyrədə bilər?
Gün ərzində hər dəfə sosial şəbəkəyə daxil olduqca müxtəlif səhifə və şəxslərin Türkçülük Günü ilə təbriklərinə rast gəldim. Əlbəttə, cəmiyyətin mürtəce sinfinin tərkibinin çoxşaxəliliyi, heterogenliyi o qədər də təccüblü məqam deyil, lakin istənilən halda bu günün tarixinə nəzər salıb onunu müasirliklə dialektik əlaqəsini aydınlaşdırmaq lazımdır. Belə bir günün elan edilməsi üçün bəhanə 1944-cü ildə Türkiyədə... Continue Reading →