“Siyasətin başlanğıc nöqtəsi nədir?” sualı siyasi fəlsəfənin mühüm suallarındandır. Aristoteldən Hegelə qədər düşüncə nəhəngləri siyasəti çox vaxt dövlət, müharibə, inqilab, qanunvericilik kimi “böyük hadisələr”in səhnəsində axtarıblar. Amma gündəlik reallıq bəzən bu klassik panoramaya istehza edir. Siyasət bəzən məhz xırda, səliqəli, zərərsiz görünən kollektiv jestin içindən boylanır, bir gün hamı eyni cümləni eyni gündə paylaşır, eyni... Continue Reading →
Tacikistanlı məktəblinin qətli, “Goodbye, Russian Language” və Leninin xəbərdarlığı
16 dekabr 2025-ci ildə Moskva vilayətinin Qorki-2 qəsəbəsindəki Uspenskaya məktəbində 15 yaşlı şagirdin bıçaqla hücumu nəticəsində 10 yaşlı tacikistanlı uşaq öldürüldü, mühafizəçi isə yaralandı. Hazırda rəsmi qurumlar cinayət işi açıldığını bildirir, müstəntiqlər motivin araşdırılırdığını açıqlayır. Hadisənin ən qorxunc tərəfi isə “texniki detallar”dan daha çox hücumçunun özünün qeydə aldığı videoda uşaqlara və müəllimə yaxınlaşıb “milliyyətiniz nədir?”... Continue Reading →
Nuri Bilgə Ceylanın neytrallıq illüziyası və ya susqunluğun təmtəraqlı müdafiəsi
İran həbsxanalarında rejissorlar, şairlər, tələbələr işgəncə otaqlarının nəmişliyini udur, qadınlar hicab bəhanəsi ilə küçələrin ortasında sürüklənir, Türkiyədə jurnalistlər, kino və teatr adamları “terror təbliğatı” və “dövlətə təhqir” damğaları ilə illərlə məhkəmə zallarında sürünür, amma İstanbulda sakit bir kabinetdə məşhur rejissor sakit tərzdə “incəsənət siyasətin fövqündə olmalıdır”, “film festivalına getməmək gəncləri ümiddən məhrum etməkdir”, “incəsənəti siyasiləşdirməmək... Continue Reading →
Fridrix Engels 205 yaşında
“İnsan anadan olandan xoşbəxtliyə can atır, buna görə də istənilən əxlaqın təməli məhz xoşbəxtlik olmalıdır. Və öz qayğımıza qalarkən yalnız çox nadir hallarda, o cümlədən özümüz və başqaları üçün nadirən faydalı olacaq şəkildə xoşbəxtlik arzumuzu gerçəkləşdiririk”. Bu sözlərin müəllifi Fridrix Engelsdir – insanlıq tarixində cəmiyyət, tarix və təbiət haqqında düşünməyin qaydalarını dəyişən ən böyük filosoflardan... Continue Reading →
“Kino bilməmək üzərində qurulmalıdır” ideyası nədir və kimə sərf edir?
“Bilməmək” kult halına gələndə incəsənət bilmək prosesinin estetikasına çevrilən tədqiqat rolunu itirir. Bertold Brextin epik teatrı tamaşaçıda effekt yaratmağı hədəfləmirdi, tamaşaçı üçün sosial münasibətləri görünən etmək və onların dəyişdirilə biləcəyini göstərmək məqsədi daşıyırdı. Brextin tezisi kinoda bu deməkdir ki, film bizi sadəcə “poetik əhval”a yox, sosial səbəblərə baxmağa məcbur etməlidir. Brext tərəzisində kino mistikanı söküb... Continue Reading →
Laslo Krasnahorkai və Nobel mükafatının ideoloji mahiyyəti
Bir vaxtlar ədəbiyyat insanın qurtuluş səsi idi, tarixin səssizlərinə səs verir, tarlalarda işləyən fəhlənin, sənaye tozuna bürünmüş ustaların, müstəmləkə kölgəsində boğulan millətlərin dilinə çevrilirdi. Amma indi, görünür, ədəbiyyat artıq təkcə söz deyil, sistemin təqdim etdiyi “təhlükəsiz azadlıq” formasıdır. Hər il payızda İsveç Akademiyasının qapılarından bir ad elan edilir və media, oxucular, akademiya birlikdə bu adın... Continue Reading →
Sülh bazarının qanuni alveri: İsrail, ABŞ və müharibə kapitalizmi
Bu gün Bakı vaxtı ilə saat 12:00-da Qəzza üzərində səssizlik endi, dronların səsi, sirenlərin iniltiləri, bombaların partlayışları dayandı. Qəzetlər yazır ki, İsrail və Həmas arasında atəşkəs razılaşması imzalanıb. Donald Tramp bu xəbəri öz sosial şəbəkəsində paylaşaraq “bütün girovların azadlığına doğru tarixi addım” adlandırıb. Lakin əgər tarix bizə nəyisə öyrədibsə, o da budur: kapitalın dili ilə... Continue Reading →
Moloxun zirvəsi: Vantu və modern əməyin anatomiyası
Comolunqma və Klimancarodan məzmunu ilə geri qalmayan, nə sadəcə qayadır, nə də yüksəklik olmayan, həm məcburiyyətin obrazı kimi görünən zirvə var və o həm də azadlıq xülyasının qəddar yansımasıdır. Voloidman üzrə “Tur de Frans” turnirinin mərhələlərinin birində məhz bunu andıran fəlsəfi xarakterə malik hadisə reallaşır: bu, Provans nəhəngi Vantu dağına yüksəlişdir. Vantu yüksəlişi turnirin ən... Continue Reading →
“Qələmin harayı susdurula bilməz”: Milli Mətbuat Gününə marksist baxış
“Həyatımdakı ən vacib işim mətbuat sahəsində çalışmaq olub”.– Karl Marks Tarixin təhrif olunmuş güzgüsündə: “Əkinçi”dən bu günə Bu gün – 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Rəsmi ideologiyanın yaratdığı mifə görə, bu günün ənənələrinin əsası Həsən Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Ancaq sual yaranır: Əgər “Əkinçi”nin ideyaları sağ... Continue Reading →
207 yaşlı qocaman Karl Marksın müasir əhəmiyyəti
Karl Marksın zehninin təfəkkür etməyə başladığı andan 207 il ötür. Bu günün xatırlanması onun ideyalarının, metodlarının və təliminin müasir dünyamızda nə qədər güclü şəkildə təkrar aktuallaşdığının göstəricisidir. XIX əsrin sonlarında başlanan mübarizə bu gün yenidən dünyadakı bütün cəmiyyətlərin üzləşdiyi antaqonist məqamlar – sinfi mübarizə, iqtisadi ədalətsizliklər, kapitalizmin təbii sərvətləri istismar etməsi və maddi həyat şəraitinin... Continue Reading →