Demokratiyanın solğun çalarları və ya Diksvill Notçda başlayan məzhəkə

Bu gün artıq 64 ildir davam edən ənənəyə uyğun olaraq Nyu-Hempşir ştatındakı Diksvill Notç qəsəbbəsinin sakinləri 60-cı ABŞ prezidentini seçmək üçün ilk səsləri veriblər. Ağ Ev uğrunda savaş sona çatmağa çox yaxındır və sorğular Kamala Harris ilə Donald Trampın yaxın göstəricilərə malik olacağını göstərir. Seçki günü yaxınlaşdıqca Harris diqqətçəkən müsahibələr silsiləsi ilə tərəzinin gözünü özünə... Continue Reading →

Paris Kommunası 150 yaşında!

“İşçilərin Parisi və onun Kommunası yeni cəmiyyəti şanlı müjdəçisi kimi həmişə hörmətlə yad ediləcəkdir. Onun yolunda öz canından keçənlər işçi sinfinin böyük qəlbində əbədi yaşayacaqlar. Onun cəlladlarını tarix artıq indi elə bir rüsvayçılıq sütununa mıxlamışdır ki, onları öz keşişlərinin bütün duaları bu sürundan qopara bilməyəcəkdir”. Karl Marks. “Fransada vətəndaş mübaribəsi”. 19-cu əsrdə - 150 il... Continue Reading →

Müasir Rusiya kapitalizminin geneologiyası və Navalnı

Yanvarın 31-i Rusiya üçün xüsusi bir gün idi - rus burjuaziyası əlli ildən çoxdur ki, həmin tarixə yaxınlaşırdı. Tüccarlar, fırıldaqçılar və onlara qoşulan vicdansız məmurlar - Sovet İttifaqında xalqın və rəsmi təbliğatın gözdən saldığı, nifrət yaratdığı şəxslər öz yeraltı fəaliyyətlərinə elə SSRİ-də başlamışdılar. SSRİ-nin son onilliklərində Kommunist Partiyası tənəzzülə uğrayır və tənəzzülə uğrayarkən kapitalistlər addım-addım... Continue Reading →

Leninsizliyin 97-ci ili…

“Lenin bütün insanlığın vicdanının inqilabçısı idi”. Albert Eynşteyn. 97 il əvvəl – 21 yanvar 1924-cü ildə bəşəriyyətin ən proqressiv insanlarından biri, bütün dünya işçi və kəndlilərinin öndəri, dahi nəzəriyyəçi, dünyanın hər yerində istismar edilən insanların azadlığı uğrunda mübariz, filosof, inqilabçı, publisist, Böyük Oktyabr İnqilabının Trotski ilə birlikdə təşkilatçılarından olan Vladimir Ulyanov Leninin xariqüladə beyni düşünməyi... Continue Reading →

Sinfi mübarizə və BLM

Yay aylarından bəri ABŞ-ı bürüyən etirazların sinfi əsasları barədə nədənsə heç bir liberal ekspert danışmaq istəmir. Düşüncə qatarımızdakı ən böyük çatışmazlıq obyektə donmuş vəziyyətdə baxmağa üstünlük verməyimizdir. Bunu müşahidə edirsən və bu və ya digər presedentlərin səbəblərini açıqlamaq əvəzinə onları uydurursan – dialektik məntiqə bələd olmamağın nəticəsi belə olar adətən. Həm də tarixi materializmi istifadə... Continue Reading →

Çar ailəsinin öldürülməsi əmrinin müəllifi Lenindirmi?

“Kapitalist quruluşu ilə hesabımız onun hansısa nazir adlanan məmuruna qarşı haqq-hesab sormaqdan dəfələrlə böyükdür. İnsanlığa qarşı bütün cinayətlərdə, insan bədəninin və insan ruhunun istənilən təhqirində bu quruluşun idbar təzahürünü görmək lazımdır ki, bütün gücümüzü onunla kollektiv mübarizəyə yönəldək – alovlu qisas hissinin öz ali mənəvi məmnunluğnu tapa biləcəyi yol məhz budur”. Lev Trotski, “Terrorçuluq”. Bolşeviklərin... Continue Reading →

Ekspropriatorların ekspropriasiya qorxusu: “Coker” və inqilabi vəziyyət haqqında

“Güc olmadan ədalət qalib gəlməkdə acizdir; ədalət olmadan isə güc despotizmə çevrilir”. (Blez Paskal) “Coker”i növbəti dəfə izlədikdən sonra ilk iki baxışda diqqətimdən yayınan və fərqli şəkildə qiymətləndirdiyim bir sıra nüans, element və hadisələrə münasibətim dəyişdi. İndi Artur Flekin içərisində batmaq üzrə olduğu maddi və mənəvi bataqlıqdan çıxmaq üçün heç nə etməməsi barədə söylənilən tənqidlər... Continue Reading →

Ev problemi və onun həlli haqqında…

“İnsanların ev tələbatlarının necə təmin edilməsi onların bütün digər tələbatlarının dövlət tərəfindən hansı dərəcədə təmin edilməsinin ölçüsü sayıla bilər”. Fridrix Engels. İstanbulda bir evsiz soyuqdan donaraq həyatını itirdi… Dünən təxminən saat 13:30-da yerüstü keçidin altında hərəkətsiz şəkildə yatmış kişini görən tramvay işçisi bu barədə polis və səhiyyə xidmətinə məlumat verib. Səhiyyə xidməti hadisə yerinə gəldikdən... Continue Reading →

Terrorizmin siyasi faydasızlığı və təbiəti haqqında

Axmaqlıq, yaxud provakasiya – 2 il öncə Yunis Səfərov tərəfindən Gəncənin icra başçısına qarşı həyata keçirilən akt media tərəfindən məhz bu iki formanın birinə salınaraq tirajlanmaqda davam edir. Lakin hər iki versiyanın bu və ya digər dərəcədə həqiqətə uyğun olmasını nəzərə alaraq belə bənzər əməllərin ümumi məntiqini ortaya çıxarmaq üçün Yunis Səfərovun məhkəmədə ifadə verərkən... Continue Reading →

Demokratiyanın 50 çaları, yaxud keçəl Həsən və Həsən keçəlin rəvayəti

Dünyada məhsuldar qüvvələr və istehsal münasibətləri arasında mövcud ziddiyyətlər öz dərinliyinin Marian çökəkliyinə yaxınlaşır – iqtisadi sistem kimi kapitalizm çöküş və tam parçalanma ərəfəsindədir. Azərbaycan, Rusiya və digər MDB ölkələri bu sistemin zəif həlqələri olsalar belə, obyektiv və subyektiv səəblərdən hücuma ən son məruz qalanlardan idilər. Nəhəng işsiz insan kütləsi, yoxsulluq, hakimiyyət orqanlarının koronavirus ilə... Continue Reading →

Website Built with WordPress.com.

Yuxarı ↑

Design a site like this with WordPress.com
Başla: