Əkrəm İmamoğlunun həbsi ilə bağlı Türkiyədəki siyasi dinamika kapitalın yığımı mexanizmlərinin avtoritar siyasi forma ilə sıx bağlı olduğu periferik və bir sıra yarıperiferik kapitalist ölkələrdə burjua demokratiyasının böhranının daha bir nümunəsidir. Bu prosesi təhlil edərkən Türkiyə kapitalizminin struktur ziddiyyətləri, siyasi mübarizənin sinfi xarakteri, Türkiyənin dünya kapitalist sistemində asılı mövqeyi və imperialist mərkəzlərin geosiyasi təzyiqi kimi... Continue Reading →
Dostoyevski, Marks, intiharın insanın xilqəti və xisləti nöqteyi-nəzərindən əsaslandırılması haqqında
“İnsanlar niyə intihar edirlər?” sualına Dostoyevskinin qısa cavabı belədir: “Çünki onlar özlərini heyvan kimi hiss etmirlər”. Hərçənd elm və təbiət insana onun heyvan mənşəli və açıq ifadə etsək, təkamül prosesinin an etibarilə ən inkişaf etmiş heyvanı olduğunu əsaslı sübutlarla göstərir. Lakin bu, Ayn Rend, Uilyam Samner, Herbert Spenser, Tomas Maltus, Fridrix Nitşe və Maks Ştirner... Continue Reading →
Niyə kapitalizmdə qiymətlər davamlı şəkildə artır?
Dünən qaz və işıq istifadəsinə görə ödənilən məbləğlər, həmçinin 46 dərman növünün qiymətləri növbəti dəfə artırılıb. Bəs niyə kapitalizmdə xidmət və məhsullara görə qiymətlər davamlı şəkildə artı(rılı)r? Maaşların miqdarının yüksəlməsi niyə həqiqətən gəlirlərin artımı yox, inflyasiyanın əvəzlənməsidir? Bu prosesin iqtisadi izahı varmı, yoxsa baş verənlər kortəbii xarakterə malikdir? Kapitalizmdə qiymət artımı bu iqtisadi sistemin daxili... Continue Reading →
Burjua əksinqilabının ziddiyyətli təbiəti: millətlərə qarşı terror və marksist nəzəriyyənin legitimliyinin təsdiqi
33 il əvvəl bu gün tarixdə "Belovejsk sazişləri" kimi bilinən sənədlərin imzalanması ilə dünyanın ilk işçi dövləti - SSRİ rəsmi olaraq məhv edildi. Əlbəttə, əksər marksistlər kimi Qorbaçov, Yeltsin, Kravçuk, Şuşkeviç və digər mübahisələrə qarşı qəzəb bizi bürüyür. Və bu tamamilə haqlı bir qəzəbdir, çünki yırtıcı özəlləşdirmə, Qarabağ, Cənubi Osetiya və Abxaziya, Çeçenistan və Dnestryanı... Continue Reading →
BMT, COP, Azərbaycan və iqlim fəlakətləri ilə mübarizənin imitasiyasının impotensiyası
Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) hökumət tərəfindən qlobal ekoloji problemlərə diqqəti cəlb edən və dünya səhnəsində mühüm hadisə kimi qiymətləndirilir. Lakin ölkədəki reallıqların marksist analizi nöqteyi-nəzərdən COP29-un təşkil edildiyi məkan kimi Azərbaycanın seçilməsi absurd görünür. Buna təkcə Azərbaycan hökumətinin “yaşıl iqtisadiyyat”a keçidlə bağlı rəsmi ritorikası ilə ölkədəki real ekoloji vəziyyət arasındakı ziddiyyətlər deyil,... Continue Reading →
Minlərlə fəhlənin sümükləri üzərində oynanılan Dünya Çempionatı və ya kapitalizmin ikrahedici təntənəsi
İki il öncə hələlik sonuncu Futbol üzrə Dünya Çempionatı start götürdü. Niyə bu barədə hələ də xatırlamağa ehtiyac var və niyə bu hadisə kapitalizmin çoxsaylı riyakarlıqlarından biridir? 2022-ci il noyabrın 20-də Qətərdə başlayan futbol üzrə 2022-ci il Dünya Çempionatı maddi gəlir maraqlarının idman üzərində tam qələbə qazandığı turnir kimi tarixə düşdü. Bu hadisə üçün tikilən... Continue Reading →
Böyük Oktyabr Sosialist İnqilabı 107 yaşında!
107 il öncə indiki Sankt-Peterburqda baş verən hadisə dünya tarixinə Böyük Oktyabr Sosialist İnqilabının qələbə günü kimi əbədi daxil oldu. 7 noyabr səhər saat 10-da Petroqrad Hərbi İnqilab Komitəsi Lenin tərəfindən yazılan “Rusiya vətəndaşlarına!” adlı müraciəti yayımladı. Məktubda deyilirdi: “Müvəqqəti Hökumət devrildi ... Millət bu məqsədlər uğrunda mübarizə aparırdı: dərhal demokratik sülh təklifi, torpaq sahiblərinin... Continue Reading →
Demokratiyanın solğun çalarları və ya Diksvill Notçda başlayan məzhəkə
Bu gün artıq 64 ildir davam edən ənənəyə uyğun olaraq Nyu-Hempşir ştatındakı Diksvill Notç qəsəbbəsinin sakinləri 60-cı ABŞ prezidentini seçmək üçün ilk səsləri veriblər. Ağ Ev uğrunda savaş sona çatmağa çox yaxındır və sorğular Kamala Harris ilə Donald Trampın yaxın göstəricilərə malik olacağını göstərir. Seçki günü yaxınlaşdıqca Harris diqqətçəkən müsahibələr silsiləsi ilə tərəzinin gözünü özünə... Continue Reading →
Paris Kommunası 150 yaşında!
“İşçilərin Parisi və onun Kommunası yeni cəmiyyəti şanlı müjdəçisi kimi həmişə hörmətlə yad ediləcəkdir. Onun yolunda öz canından keçənlər işçi sinfinin böyük qəlbində əbədi yaşayacaqlar. Onun cəlladlarını tarix artıq indi elə bir rüsvayçılıq sütununa mıxlamışdır ki, onları öz keşişlərinin bütün duaları bu sürundan qopara bilməyəcəkdir”. Karl Marks. “Fransada vətəndaş mübaribəsi”. 19-cu əsrdə - 150 il... Continue Reading →
Müasir Rusiya kapitalizminin geneologiyası və Navalnı
Yanvarın 31-i Rusiya üçün xüsusi bir gün idi - rus burjuaziyası əlli ildən çoxdur ki, həmin tarixə yaxınlaşırdı. Tüccarlar, fırıldaqçılar və onlara qoşulan vicdansız məmurlar - Sovet İttifaqında xalqın və rəsmi təbliğatın gözdən saldığı, nifrət yaratdığı şəxslər öz yeraltı fəaliyyətlərinə elə SSRİ-də başlamışdılar. SSRİ-nin son onilliklərində Kommunist Partiyası tənəzzülə uğrayır və tənəzzülə uğrayarkən kapitalistlər addım-addım... Continue Reading →